"İnter"in qapıçısı Səlahət Ağayev Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri ilk oyun haqda danışıb :
"Bilbaodakı oyuna proqnoz vermək çətindir. Sözsüz ki, biz məğlubiyyət barədə düşünmürük. İstərdik ki, cütün taleyi Bakıda həll olunsun. Ona görə səfərdə 0:1 hesabla məğlub olsaq belə, bunu faciəyə çevirmək lazım deyil. 0:1 olsa,deməli duelin taleyi Bakıda həll olunacaq. İstənilən halda. "İnter" 90 dəqiqə mübarizə aparacaq, sona qədər oynayacağıq". (azerisport)