Cavid Hüseynov bayrağımızı cıranlara belə cavab verdi - FOTOLAR

02:40 31 İyul 2015

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Apollon" - "Qəbələ" matçı bir sıra məqamlarla yadda qalıb.

Sportarena.az xəbər verir ki, ikinci hissədə "Apollon"un qapısı arxasında yerləşdirilən Azərbaycan bayrağının cırılması diqqətdən yayınmayıb. 

Lakin "Qəbələ"nin kapitanı Cavid Hüseynov kiprli azarkeşlərin bu hərəkətini cavabsız qoymayıb. O 95-ci dəqiqədə penaltidən vurduğu bərabərlik qolundan sonra Azərbaycan bayrağının cırılmasına etiraz əlaməti olaraq "Apollon" azarkeşlərinə ədəbsiz jest edib. Onun bu hərəkətindən sonra kiprli azarkeşlər meydana yad əşyalar atıblar.


Digər xəbərlər

Xəbər xətti