Ötən gün ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Apollon" klubunun qonağı olub.
Sportarena.az xəbər verir ki, qarşılaşma gərginliyi ilə yadda qalıb. 1:1 hesabı ilə yekunlaşan oyunun sonlarına yaxın stadionda xoşagəlməz hallar yaşanıb. Yerli azarkeşlər Azərbaycan bayrağını təhqir edib. Dövlət rəmzimizi parçalayan kiprli fanatlar bayrağımızı tribunadan asıblar.