"Neftçi"də baxışda olan bolqarıstanlı futbolçu Borislav Stoyçev bəyənilib.
Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi sınaqdan üzüağ çıxıb. Nəticədə məşqçilər korpusunun istəyilə Stoyçevlə müqavilənin bağlanılması qərara alınıb. Anlaşmanın Türkiyənin Afyon şəhərindəki təlim-məşq toplanışından sonra rəsmiləşəcəyi gözlənilir. (report)