"Neftçi" Eto`Onun komandasını məğlub etdi

10:33 1 Avqust 2015

“Neftçi” Afyonkarahisardakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Sportarena.az xəbər verir ki, "ağ-qaralar" Samuel Eto`Onun şərəfini qoruduğu Türkiyənin “Antalyaspor” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qollara Ruslan Qurbanov (60-cı dəqiqə) və Fəhmin Muradbəyli (88-ci dəqiqə) imza atıblar.

 

“Neftçi”nin start heyəti belə olub: Aqil Məmmədov, Elvin Bədəlov, Melli, Aylton, Kamal Qurbanov, Kaue, Rəhman Hacıyev, Elşən Abdullayev, Samir Məsimov, Araz Abdullayev, Məhəmməd Qurbanov.

 

Sonradan meydana daxil olanlar: Ruslan Qurbanov, Erik Ramos, Məqsəd İsayev, Fəhmin Muradbəyli, Rahil Məmmədov, Mirabdulla Abbasov, Orxan Qurbanlı, Əziz Quliyev, Orxan Bəşirov.

 

Qeyd edək ki, bundan əvvəlki oyunlarda “Alanyaspor” (1:1), “Əl-Faysali” (2:1) və “Ahal” (2:2) klubları ilə qarşılaşmış “Neftçi” sabah təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdacaq.

 

Yoxlama oyunu

 

22:30. “Neftçi” (Azərbaycan) – “Antalyaspor” (Türkiyə) - 2:0

Qollar: Ruslan Qurbanov, 60, Fəhmin Muradbəyli, 88


Digər xəbərlər

Xəbər xətti