"Çempionatda öz sözümüzü deyəcəyik"

10:45 1 Avqust 2015

“Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli “Antalyaspor” klubu ilə yoxlama oyunundan (2:0) sonra fikirlərini bildirib. Sportarena.az xəbər verir ki, əsas heyətdə ilk qolunu vuran hücumameylli yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Antalyaspor” yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu rəqiblə oyun çox gərgin keçdi. Təlim-məşq toplanışını qələbə ilə başa vurmaq istəyirdik. Çox şükür, buna nail olduq. Şadam ki, əsas heyətdə ilk qolumu vurdum. Buna görə Allaha təşəkkürümü bildirirəm. Amma əsas odur ki, təlim-məşq toplanışında məğlub olmadıq. İnşallah, çempionatda daha da yaxşı nəticələrlə öz sözümüzü deyəcəyik”.


Digər xəbərlər

Xəbər xətti