"Xəzər Lənkəran" gözlədiyi hücumçuya qovuşur

12:25 1 Avqust 2015

"Xəzər Lənkəran" Türkiyə toplanışında iştirak edən fransalı L’imam Seydi ilə 2 illik müqavilə imzalayacaq.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bu barədə Lənkəran təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib.

 

O bildirib ki, hazırda vətəni Fransada olan futbolçu artıq viza məsələsini həll edib və bir neçə günə Azərbaycana gələcək. Bundan sonra əcnəbi hücumçu ilə müqavilə imzalanacaq.

 

Qeyd edək ki, əslən seneqallı olan 29 yaşlı fransalı hücumçu 1.83 metr boya sahibdir.


Digər xəbərlər

Xəbər xətti