"Zirə" növbəti transferini gerçəkləşdirmək üzrədi. Sportarena.az xəbər verir ki, Premyer Liqanın debütantı “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Rudar”ın futbolçusu İqor İvanoviçlə razılıq əldə edib.
Bu gün tibbi müayinədən keçəcəyi gözlənilən monteneqrolu yarımmüdafiəçi ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, 2011-ci ildə "Rudar"a keçən 24 yaşlı futbolçu bir müddət “OFK Belqrad”da oynayıb. 2014-cü ildə yenidən “Rudar”a qayıdan İvanoviç ötən mövsüm 26 oyuna 13 qol vurub.