Sonuncu mövsümdə Premyer Liqada 9-cu yeri tutan və bu səbəbdən də I diviziona düşən “Bakı”ya növbəti zərbə FİFA-dan gəlib. Sportarena.az xəbər verir ki, ali futbol qurumu paytaxt klubunu cəzalandırıb.
FİFA-nın qərarına əsasən, “Bakı” yeni mövsümdə I diviziona -6 xalla başlamalıdı. Bu qərar klubdan FİFA-ya edilən şikayətlərə görədir.
Belə ki, komandadan ayrılan futbolçular maaşlarını ala bilmədikləri üçün FİFA-ya şikayət ünvanlayıblar.
Futbolxeber.az