"Cavidin cəza alıb-almayacağı UEFA nümayəndəsinin yanaşmasından asılıdı"

15:40 1 Avqust 2015

"Apollon"la oyundan sonra UEFA-ya müracitə etməyə ehtiyac olmadı. Çünki bi məsələyə yerində müdaxilə elədik. Baş verənləri dərhal UEFA nümayəndələrinə bildirdik. Matçdan əvvəl və matçın gedişində onlara xəbərdarlıq elədik".

Bu sözləri Sportarena.az saytına açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la ilk oyununda baş verənlərlə bağlı UEFA-ya müraciət etmədiklərini bildirən klub rəsmisi Cavid Hüseynovun məsələsinə də aydınlıq gətirib. Əzizov kapitanın cəza alıb-almamasının UEFA nümayəndəsindən asılı olduğunu vurğulayıb:

"Bu, UEFA nümayəndəsinin necə yanaşmasından asılıdı. Ola bilər ki, ümumiyyətlə belə bir məsələni gündəmə gətirməsinlər. Bu, sırf hakim inspektorun, hakimlər briqadasının verəcəyi raportla bağlıdı. UEFA nümayəndəsinin Nizam-İntizam Komitəsinə hansı şəkildə məlumat verəcəyindən çox şey asılıdı".


Digər xəbərlər

Xəbər xətti