Yeni mövsümdən Premyer Liqada iştirak edəcək "Rəvan" sabiq futbolçusu Mindauqas Kalonası heyətinə qatıb. Bu barədə Sportarena.az-a litvalı hücumçunun özü məlumat verib.
Bu gün Bakıya gələn 31 yaşlı futbolçu tibbi müayinədən keçidikdən sonra rəsmi müqaviləyə imza atıb. Kalonas qarşıdakı 1 il ərzində "aslanlar"ın şərəfini qoruyacaq.