FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, avqustun 6-da Ukraynanın "Vorskla" və Slovakiyanın "Jilina" klubları arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.
Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəəcək. Dördüncü hakim funksiyasını isə digər FİFA referimiz Rəhim Həsənov yerinə yetirəcək.