"Qarabağ"ın rəqibi mövsümə qələbə ilə başladı

18:58 1 Avqust 2015

Şotlandiya çempionatında 2015/16 mövsümünə start verilib. Sportarena.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Seltik" yeni futbol ilinə qələbə ilə başlayıb.

 

Son çempion doğma meydanda "Ross Kaunti"ni 2:0 hesabı ilə məğlub edib. "Seltik"in qollarını 4-cü dəqiqədə penaltidən Qriffis və 35-ci dəqiqədə Yohansen vurub.


Digər xəbərlər

Xəbər xətti