"Seltik"in prezidenti: "Qarabağ" "Barselona" kimi oynayır"

14:25 2 Avqust 2015

"Qarabağ" ilk baxışdan bir az "Barselona" kimi oynayır. Topu özlərində çox saxlayırlar, onun yaxşı rəftar edirlər".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Seltik"in prezidenti Ronni Deyla deyib. Britaniya mətbuatına danışan klubun sahibi komandasının şanslarını dəyərləndirib:

 

"Qarabağ" burda bütün bacarığını göstərə bilmədi. Düşünürəm ki, Bakıda daha artığını edəcəklər.  Cavab oyununda daha çox hücum etməlidilər. Biz isə öz növbəmizdə təzyiqə hazır olmalıyıq. Onlar Şotlandiyada istədiklərini ala bilmədilər. Ona görə də Bakıda bütün güclərini ortaya qoyacaqlar".

 

"Qarabağ"ın cavab oyununda hücuma daha çox aludəolacağını xatırladan Deyla bundan maksimum yararlanmalı olduqlarını söyləyib: "Səfər oyunu çox çətin keçəcək. Amma Bakıda daha çox boş sahə əldə edəcəyik. Çünki rəqib bütün fikrini hücuma yönəldəcək. Bu isə bizim üçün əla əks-hücum imkanları deməkdi. İlk növbədə yaxşı müdafiə olunmalıyıq. Yalnız bundan sonra nəsə etmək olar. Bilirik ki, əlimizə yaxşı imkanlar düşəcək".

 

Qeyd edək ki, "Qarabağ" - "Seltik" oyunu avqustun 5-i, saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti