Nunu Qomeş Bakıya gəlir

17:44 2 Avqust 2015

Avroliqanın III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Qəbələ" - "Apollon" görüşünə təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, matçı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

 

Görüşün baş hakimi Duarte Nunu Pereyra Qomeş olacaq. Ona Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Brunu Migel Duarte Payxao yerinə yetirəcək.

 

Qeyd edək ki, “Qəbələ” - “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq. Tərəflər arasındakı ilk oyun 1:1 hesabıyla başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti