Ağayev iddialıdı: "Karşıyaka" penaltidən qol buraxmayacaq"

18:19 2 Avqust 2015

“Mən dolu tribunalar qarşısında daha yaxşı motivasiya oluram. “Karşıyaka” azarkeşlərinin coşqusu mənə stimul verəcək".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib. Türkiyə mətbuatına danışan "Karşıyaka"nın yeni transferi iddialı açıqlamalar verib. Millimizin heyətində 13 penaltidən 10-nu qurtaran Kamran yeni komandasında da eyni uğuru təkrarlayacağını bildirib:

 

"Karşıyaka" bu mövsüm penaltidən qol buraxmayacaq. "Kayerispor"dan tanıdığım komanda yoldaşlarım və baş məşqçi Cüneyt Dumlupınar bura gəlməyimdə böyük rol oynadılar. Bu mövsüm çempionluğa ən iddialı namizədlərdən biri olacağıq".


Digər xəbərlər

Xəbər xətti