“Xəzər Lənkəran” Premyer Liqanın yeni mövsümünün I turunda “İnter” klubu ilə qarşılaşacaq. Sportarena.az xəbər verir ki, bu görüş komandanın 2004-cü ildən bəri avqust aylarında keçirəcəyi 37-ci matçı olacaq.
Qeyd edək ki, avqust aylarında baş tutan oyunların hamısı ölkə çempionatlarına təsadüf edib. “Xəzər Lənkəran”ın ilk rəsmi qaşılşaması da avqust ayında olub ki, bu da Tovuzun “Turan” klubu ilə 2004-cü il avqustun 7-də keçirilən və 1:1 hesabı ilə bitən matçdır. Komanda isti avqust günlərində ümumilikdə 20 səfər və 16 ev oyununda meydana çıxıb.
İndiyə qədər avqust aylarında keçirilmiş 36-oyunun 19-də qalib gələn “Xəzər Lənkəran”, 7-dəfə məğlub olub və 10-dəfə rəqiblərlə xalları bölüşüb. Komanda qapısından buraxdığı 22-topun əvəzini 43 topla çıxıb. Avqust ayında keçirdiyi oyunlarda “ağ-yaşıl” komanda üst-üstə 67-xal toplaya bilib (12cioyuncu.info).