"Qalatasaray" yeni mövsümə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib. Sportarena.az xəbər verir ki, son çempion İstanbulda İtaliya nəhəngi "İnter"lə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Uesli Sneyderin 54-cü dəqiqədə vurduğu qol "Cim-Bom"a qələbə qazandırıb.