23 ilin rekordçuları - STATİSTİKA

12:53 3 Avqust 2015

Bu həftə Azərbaycan Premyer Liqasında 24-cü mövsümün ilk oyunları baş tutacaq.

 

Sportarena.az xəbər verir ki, nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, arxada qalan 23 çempionatda 2680 futbolçu iştirak edib. 1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdur. 421 oyuna çıxan sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədir. Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi – Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıb.

 

23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. 3-cü olan Rövşən Əhmədov ən sərrast oyunçu Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub.

 

Premyer Liqada ən çox oyun keçirən 10 futbolçu

1. Mahmud Qurbanov 421

2. Azər Məmmədov 388

3. Aslan Kərimov 382

4. Aqil Məmmədov 363

5. İsmayıl Məmmədov 351

6. Rəşad Abdullayev 337

7. Kənan Kərimov 327

8. Rəşad Sadiqov 318

9. Nadir Nəbiyev 316

10. Mübariz Orucov 311

 

Premyer Liqanın 10 ən yaxşı bombardiri

1. Nazim Əliyev 183

2. Müşfiq Hüseynov 125

3. Rövşən Əhmədov 116

4-5. Qurban Qurbanov 115
Samir Ələkbərov 115

6. Alay Bəhramov 108

7. Nadir Nəbiyev 103

8-9. Xaqani Məmmədov 102
Vadim Vasilyev 102

10. Kənan Kərimov 101


Digər xəbərlər

Xəbər xətti