"Sumqayıt"ın əsas komandası kimi əvəzedicilər də yeni mövsüm üçün hazırlığını tamamlamaq üzrədir. Sportarena.az xəbər verir ki, hazırlıq mərhələsi çərçivəsində Samir Abasovun rəhbərlik etdiyi B komandası yoxlama oyununda qüvvəsini sınayıb.
"Gənclik şəhəri" təmsilçisi "Neftçi"nin 19 yaşadək futbolçulardan ibarət komandasını 2:1 hesabı ilə üstələyib. "Sumqayıt"dan Şahin Əliyev dubl edib