Şahin Diniyev transferləri dəyərləndirdi: "Səhv etmək olmaz"

14:08 3 Avqust 2015

Qarşıdakı mövsümdə “Kəpəz”in heyətində yerli futbolçularla yanaşı, legionerlər də çıxış edəcək. Komanda hücumçu Oleksandr Sytnik, yarımmüdafiəçilər Martins Junior Osvaldo Jose, Da Silva Junior Dario Frederiko və qolkiper Tadas Simaitis ilə güclənib. Adı çəkilənlərlə bir illik müqavilə bağlanılıb.

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev əcnəbilərin komandaya cəlb olunması haqda klubun mətbuat xidmətinə fikirlərini bölüşüb: “Legionerlər Türkiyənin Ərzurum şəhərində keçirilən təlim-məşq toplanışında düşərgəmizə təşrif buyurdular. Onlara məşqlərdə və yoxlama oyunlarında baxdım. Açığı, bəyəndim. Bakıda bir daha baxmaq istədim, ona görə də futbolçuları ölkəmizə dəvət etdik. Komandaya legioner götürmək çox həssas bir məsələdir. Səhv etmək olmaz, tam əmin olandan sonra müqavilə bağlamalısan”.

 

Legionerlərdən Junior Osvaldo azarkeşlərimizə yaxşı tanışdı. O, bir vaxtlar Azərbaycan Premyer Liqasında çıxış edib. “Xəzər Lənkəran” və “Bakı”nın şərəfini qoruyub: “Bizə komandaya kömək edə biləcək futbolçular, o cümlədən legionerlər lazımdı. Deyə bilərəm ki, Juninyo belə oyunçulardandır. Onun oyunlarının kasetini izləmişdim, amma yenə də sınamaq istədim. Ümidlərimizi doğruldur. Heyətdəki bütün futbolçulara inanıram”.


Digər xəbərlər

Xəbər xətti