Azərbaycan futbolunun parlaq simalarından biri, “Neftçi”nin veteran futbolçusu Əsgər Abdullayevin doğum günüdür. Sportarena.az xəbər verir ki, onun 55 yaşı tamam olur. Əsgər Abdullayev 1979-1994-cü illər ərzində “Neftçi”nin heyətində 397 oyun keçirib. Keçmiş müdafiəçi bu göstəriciyə görə mərhum Sergey Kramarenkodan sonra ikincidir. 1998-ci ildə məşqçilik karyerasına başlayan Əsgər Abdullayev Azərbaycan milli komandasının da baş məşqçisi vəzifəsində çalışıb.
Bununla bağlı “Neftçi” klubu rəsmi sayt vasitəsilə Abdullayevi təbrik edib: "Neftçi" PFK olaraq Əsgər Abdullayevi ad günü münasibətilə təbrik edir, veteran futbolçumuza uzun ömür, can sağlığı və məşqçilik karyerasında uğurlar arzulayırıq".