Polşada 5 medal

16:08 3 Avqust 2015

Polşanın Qdansk şəhərində keçirilən bədii gimnastika üzrə “Baltic Cup” başa çatıb. Gimnastika Sportarena.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan millisinin qazancı 5 medal olub.

 

Belə ki, yığmamızın lideri Marina Durunda top və gürzlərlə çıxışında hamını qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin, çoxnövçülükdə də gümüş medala sahib olub.

 

Baltik dənizinin sahillərindən Gülsüm Şəfizadə də mükafatsız qalmayıb. O, halqa və lentlə çıxışlarına görə, müvafiq olaraq, ikinci və üçüncü olub.

 

Yarışda Azərbaycanı təmsil edən digər gimnastımız Zeynep Celep 4 çıxışının nəticələrinə əsasən 8-ci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti