"Qarabağ"a problem yaratmalıyıq"

17:45 3 Avqust 2015

"Qapıçı Kreyk Qordonun klubla müqavilə imzalaması əla oldu. Komandam "Qarabağ"la oyuna hazırdır. "Seltik"in güclü komanda olduğunu düşünürəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla deyib. Ölkə mətbuatına danışan mütəxəssis komandasından ağızdolusu danışıb. Köməkçisi Con Kollins isə "Qarabağ"la oyunöncəsi narahatçılığını gizlətməyib:

 

"Qarabağ" ilk oyunda bizə qol vura biləcək gücdə olduğunu nümayiş etdirdi. Şotlandiya çempionatında çıxış etdiyimizdən daha yaxşı oynamalı və rəqibə problemlər yaratmalıyıq".

 

Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti