Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov avrokuboklarda çıxış edən klublarımızın şanslarını dəyərləndirib. O, Sportarena.az saytına açıqlamasında "Qarabağ" və "Qəbələ"nin növbəti mərhələyə çıxmaq imkanları yüksək qiymətləndirsə də, "İnter" üçün yolun sonu olduğunu etiraf edib.
"Qarabağ" - "Seltik": İlk oyunu görmədiyim üçün "Seltik" haqda fikir yürütmək mənim üçün çətindi. Ancaq onu deyə bilərəm ki, 0:1 "Qarabağ"a şans verir. Burda rəqibi udmaq olar. Digər tərəfdən, "Qarabağ" artıq 2-ci ildi Çempionlar Liqasında mübarizə aparır. Bu mərhələdə uduzsalar belə, Avroliqanın "play-of"unda iştirak edəcəklər. Amma çalışmaq lazımdı ki, ÇL-da oynasınlar. Şans var. "Seltik"in evdə 1:0 udması elə də böyük üstünlük deyil. Hesaba görə şans var. Bir şeyi də unutmayaq ki, 30 minlik stadionda oynayacağıq. Azarkeş ən vacib amillərdən biridir ki, bu da olacaq, inşallah. "Qarabağ"ın şansı öz əlindədi. Ən əsası da odur ki, artıq birinci oyunu oynayıblar və rəqibin üslubunu bilirlər. Artıq öz oyunlarını oynamalıdılar.
"Qəbələ" - "Apollon": Mən deyərdim ki, "Qəbələ" Kiprdə çox məsələni həll elədi. "Apollon" elə də təhlükəli rəqib deyil. Ortabab klubdu. "Qəbələ" bu komandanı udmalıdı. Şansları böyükdü. Yenə deyirəm, ordakı 1:1 çox məsələyə aydınlıq gətirdi. "Qəbələ"nin qrup mərhələsində olması "pley-of"dakı rəqibin kimliyindən də asılı olacaq. Bilirsiz ki, 4-cü mərhələdə güclü komandalar da var. Kim düşəcək, bilinmir. Şans həmişə var. Komandanın özündən də çox şey asılıdı.
"İnter" - "Atletik": "İnter"in vəziyyəti ağırdı. Səmimi danışaq, şansı yoxdu. Amma komanda bu mərhələyə gəlməklə əsl xarakter göstərib. Yaxşı vaxtlarında heç bura qədər gəlməmişdilər. İndi Allah qismət eləyib gəliblər. Amma o demək deyil ki, böyük iş görüblər. Bura qədər kollektivin xarakteri hesabına gəliblər. Mən bunu alqışlayıram. Ancaq artıq yolun sonudu. Gəlin səmimi danışaq. "İnter" "Atletik"ə 3 top vura bilməz. Bununla belə, bu cür heyətlə bura kimi gəliblərsə, mən komandanın çıxışını normal sayıram.