CAS-dan "Xəzər Lənkəran"a bəd xəbər

21:45 3 Avqust 2015

İdman Arbitraj Məhkəməsi (CAS) "Xəzər Lənkəran"ın FİFA-nın transfer qadağası ilə bağlı qərarından verdiyi şikayətə baxıb.

 

Sportarena.az xəər verir ki, qurum qərarı qüvvədə saxlayıb. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu şəxsi "Facebook" səhifəsində məlumat verib:

 

"Bir neçə vaxtdır ki, Ali Arbitraj Məhkəməsinin qərarını gözləyirik. Təəssüf ki, qərar xeyrimizə olmadı və transfer qadağası 31 avqusta qədər davam edəcək. Cari mövsümün ilk üç oyununda bizə nə qədər ağir olsa da, bu böyük camiə ilə çətinlikdən çıxacağımıza əminəm".

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yeni transferləri qərar qüvvədə olduğu müddətə qədər rəsmi oyunlara çıxa bilməyəcək.


Digər xəbərlər

Xəbər xətti