Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
APOEL səfərdə 2:1 hesabı ilə məğlub etdiyi "Midtyulland"a evdə minimal hesabla uduzsa da, növbəti mərhələyə adlayıb. "Molde" Xorvatiyada heç-heçə (1:1) oynadığı "Dinamo" ilə evdə məhsuldar heç-heçəyə razılşıb - 3:3. Səfərdə vurulan 3 qol xorvatları "pley-off"a yüksəldib.
Avstriyada "Rapid"lə qollu bərabərliyə razı olan "Ayaks" məsələyə Hollandiyada aydınlıq gətirməyə çalışıb. Ancaq qonaqlar sensasiya edərək, səfərdə hollandları 3:2 hesabı ilə məğlub edərək, rəqibini ÇL-dan kənarlaşdırıb. Gecənin son oyununda isə "Monako" "Yanq Boyz"u sınağa çəkib. İsveçrədə 3:1 hesablı qələbəyə sevinən fransızlar mərhələnin taleyini böyük ölçüdə həll etmişdilər. Doğma divarlar arasında da rəqibinə heç bir şans verməyən knyazlıq təmsilçisi adını "pley-off"a yazdırıb.
4 avqust
Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunları
22:00. APOEL (Kipr) - “Midtilland” (Danimarka) - 0:1
Qol: Sviatçenko, 3 (0:1)
İlk oyun - 2:1
22:00. “Molde” (Norveç) - “Dinamo” (Xorvatiya) - 3:3
Qollar: Pyaça, 17 (0:1), Ademi, 20 (0:2), Roq, 23 (0:3), Hussain, 43 (1:3), Elyonuonessi, 52 (2:3), Kamara, 75 (3:3)
İlk oyun - 1:1
23:15. "Ayaks" (Hollandiya) - "Rapid" (Avstriya) - 2:3
Qol: Beriç, 12 (0:1), Şaub, 39, (1:1), Milik, 53 (2:1), Qudelj, 75 (2:2), 77 (2:3)
İlk oyun - 2:2
23:45. “Monako” (Fransa) - “Yanq Boyz” (İsveçrə) - 4:0
Qol: Kavalyero, 54, Kurzava, 64, Martial, 70, El Şaaravi, 77
İlk oyun - 3:1