UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan "Dinamo" - "Qəbələ" matçında baş verən olaylarla bağlı cəzaları açıqlayıb. Sportarena.az xəbər verir ki, qitə futbol qurumu Tbilisi təmsilçisini cəzalandırıb. Gürcüstan klubu avrokuboklardakı növbəti ev maçını boş tribunalar qarşısında keçirməli olacaq. Bundan başqa, UEFA klubu 20 min avro məbləğində cərimələyib.