Keçmiş futbolçu Devid Bekhemlə dizayner həyat yoldaşı Viktoriya Bekhem eyni vaxtda ayrı-ayrı hava limanlarında obyektivlərə tuş gəliblər.
Sportarena.az xəbər verir ki, Devid britaniyalı rejissor Qay Riçinin toy mərasimindən qayıdarkən London aeroportunda, Viktoriya isə bəzi işlərini yoluna qoymaq üçün getdiyi Los-Anceles hava limanında paparassilərin hədəfində olub. 41 yaşlı dizayner bu dəfə də şıqlığı ilə diqqət çəkib.
Qara libas geyinən 4 uşaq anası paltarını mavi, gülşəkilli detallarla bəzəyib. Viktoriya gözlərini tamamilə gizləyən eynək taxıb.