Məlum olduğu kimi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 20015-ci il tarixində elan etdiyi tenderdə iştirak etmək üçün yalnız bir TV kanalı müraciət edib. Həmin telekanalın adını dəqiqləşdirmək üçün PFL Mətbuat və İctiamiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisi Sportarena.az saytına açıqlamasında hələlik ad açıqlamağın mümkünsüz olduğunu bildirdi:
"Bu barədə hələ heç bir açıqlama verməyə icazə verilmir. Tam rəsmiləşəndə ad açıqlanacaq. Xəbər olan kimi rəsmi saytda yerləşdiriləcək".
Qeyd edək ki, tenderin məbləği 1 milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək. Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq. Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.