"Xəzər Lənkəran"ın yeni transferi bu gün gəlir

12:22 4 Avqust 2015

Premyer Liqanın yeni mövsümünə hazırlaşan “Xəzər Lənkəran”ın yeni transferi Limam Seydi viza problemini həll edib. Bu barədə Sportarena.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

 

Onun sözlərinə görə, Seneqal əsilli fransalı hücumçunun ölkəmizə gəlmək üçün lazım olan sənədləri artıq hazırdı. 29 yaşlı forvard bu gün Azərbaycana gələcək.

 

Qeyd edək ki, Seydi Türkiyə toplanışı başa çatdıqdan sonra hənin ölkədən vətəninə yollanmışdı.

 

Bu arada Cənub klubu bu gün axşam saatlarında məşqə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti