"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev klubun veteranı, milli komandamızın keçmiş baş məşqçisi Əsgər Abdullayevi 55 yaşı tamam olması münasibəti ilə təbrik edib. Sportarena.az xəbər verir ki, klub rəhbəri təcrübəli mütəxəssisə xüsusi hədiyyə təqdim edib.
Bakının şadlıq saraylarının birində keçirilən tədbirdə paytaxt təmsilçisinin icraçı direktoru Elnur Məmmədov və Müşahidə Şurasının üzvü Səməd Qurbanov iştirak edib.