UEFA Kipr "Apollun"unun "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovla bağlı etdiyi şikayətə sabah baxacaq.
Sportarena.az xəbər verir ki, "Apollon"un Hüseynovun "layiqli cəzasını alacağına" ümid etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi cəzalanacağı təqdirdə, avqustun 6-da keçiriləcək cavab görüşünü buraxmalı olacaq.
Qeyd edək ki, Cavid Hüseynov iyulun 30-da Limassoldakı "Antonis Papadopulos" stadionunda keçirilmiş ilk görüşün uzatma dəqiqələrində penaltini dəqiq yerinə yetirdikdən sonra "Apollon" azarkeşlərinə qeyri-etik jest edib. "Qəbələ"nin kapitanı "Report"a müsahibəsində bu addımı Azərbaycan bayrağının təhqir olunmasına cavab olaraq atdığını bildirib. Oyun 1:1 hesabı ilə nəticələnib.(Report)