UEFA: "Qarabağ" - "Seltik"oyunu ...

14:21 4 Avqust 2015

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Seltik" arasında keçiriləcək cavab matçının stadionu dəqiqləşib. Sportarena.az xəbər verir ki, UEFA matçın Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacağını təsdiqləyib.

 

Qeyd edək ki, mərkəzi arenanın ot örtüyündə problemlər yarandığından oyunun başqa stadionda keçirilməsi gündəmə gəlmişdi. L’Equipe qəzetində yer alan xəbərə görə, qitə futbol qurumu oyunun Respublika stadionunda keçirilməsini məqsədəuyğun hesab edib. "Heç bir dəyişiklik yoxdur. Qarşılaşma planlaşdırıldığı meydanda keçiriləcək".

 

"Qarabağ" - "Seltik" matçı avqustun 5-də keçiriləcək və saat 21:30-da start götürəcək.


Xəbər xətti