UEFA qalmaqallı oyunla bağlı qərarını açıqladı

15:10 4 Avqust 2015

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində yarımçıq dayandırılan "Kukesi" (Albaniya) - "Legiya" (Polşa) matçı ilə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, meydan sahibi komandaya 0:3 hesablı texniki məğlubiyyət edib. Buna qarşılaşma zamanı "Kukesi" azarkeşlərindən birinin etdiyi hərəkət səbəb olub.

 

Qeyd edək ki, sözügedən matçın ikinci hissəsinin əvvəlində hesab 2:1 "Legiya"nın xeyrinə olduğu vaxt meydana daş atılıb. Həmin daş Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Futbolçu meydandan xərəklə aparılıb. Baş verənlərə görə görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.


Digər xəbərlər

Xəbər xətti