Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "İnter"in qonağı olacaq "Atletik" klubu sabah Bakıya gələcək. Sportarena.az xəbər verir ki, Bilbao təmsilçisi ölkəmizə 21 futbolçu ilə təşrif buyuracaq.
Komandanın baş məşqçisi Ernesto Valverde avqustun 6-da aşağıdakı futbolçuların xidmətindən yararlana biləcək:
Qorka İraisos, Yaqo Errerin, Alexandro Remiro, Eneko Boveda, Karlos Qurpegi, Mikel Valensyaqa, Emerik Lyaport, Mikel San-Xose, İniqo Lekue, Qorka Elustondo, Xavyer Eraso, Xabyer Eçeyta, Oskar de Markos, Etçeberiya Benyat, İbay Qomes, Markel Susaeta, Aher Akeçe, Borxa Vigera, Aris Aduris, Gilyermo Fernandes, Sabin Merino.