"İnter" rəsmisi: "O sözləri özlərindən artırıblar"

18:50 4 Avqust 2015

"İnter" komandanın Avropa Liqasının III təsnifat mərhələsinin "Atletik"lə cavab oyununa çıxmaq istəməməsi ilə bağlı yayılan söhbətlərə münasibət bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Sportarena.az saytına açıqlamasında söz-söhbətlərin klubdakı maliyyə problemlərindən qaynaqlandığını söyləyib. Ancaq klub rəsmisi futbolçuların oyuna çıxmaq istəməmələri xəbərini təkzib edib:

 

"Bütün bu xəbərlər komandadakı maliyyə problemi ilə bağlıdı. Futbolçular 2-3 ayın maaşlarını almayıblar. Ancaq rəhbərlik söz verib ki, hər şey qaydasına düşəcək. Beynəlxalq Bank "İnter"dən imtina etməyib. Sadəcə, rəhbərlikdə dəyişiklər olub. Buna görə də məsələ bir qədər uzanır. Yeni rəhbərliyin klubla bağlı planları var. Hələlik gözləyirik. Elə Georgi Nikolov da futbolularla son görüşdə vəziyyətin düzələcəyini bildirib. O ki qaldı oyuna çıxmamaq söhbətinə, belə bir şey olmayıb. O sözləri özlərindən artırıblar".

 

Qeyd edək ki, "İnter" avqustun 6-da Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "Atletik"lə Bakıda cavab oyununa çıxacaq.


Digər xəbərlər

Xəbər xətti