Mərkəzi arenanın son vəziyyəti - FOTOLAR

19:17 4 Avqust 2015

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – “Seltik” oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumunun yaxşılaşdırılması yolunda işlər davam etdirilir.

 

Sportarena.az "dsport.az"a istinadən xəbər verir ki, qazona nəzarət edən "Football and Sports Management" şirkəti öt örtüyünü mümkün qədər yaxşı vəziyyətə gətirmək üçün əlindən gələni edir.

 

Stadionun ot örtüyünün son durumu ilə bağlı danışan şirkətin icraçı direktoru Fərman Əlizadə bunları bildirib: "Anomal istilərin olmasına baxmayaraq, biz işimizi davam etdiririk. "Seltik"in nümayəndələri gəlib yoxlayıblar. Onlar bizə bildirdi ki, niyə sizin mətbuat məsələni belə şişirdib. Bundan pis vəziyyətdə olan arenalarda oynadıqlarını dedilər. Həmçinin qeyd etdilər ki, belə anomal isti şəraitində stadionun ot örtüyünü yaxşı vəziyyətdə saxlamaq çox çətindi. Biz əlimizdən gələni edirik ki, qazonu oyun saatına kimi normal vəziyyətə çatdıraq".

 

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Seltik" qarşılaşması sabah 21:30-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti