"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB

23:21 5 Avqust 2015

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Sportarena.az xəbər verir ki, ÇL-dakı təmsilçimiz "Qarabağ" da meydana bu gün çıxıb.

 

Ağdam təmsilçisi səfərdə 0:1 hesabı ilə uduzduğu "Seltik"i Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Ağdam klubu qitənin ən nüfuzlu turnirində mübarizəni davam elətdirmək üçün ən azı 1:0 hesablı qələbə qazanmalı idi. Belədə oyun əlavə vaxta gedəcəkdi. Ancaq Qurban Qurbanovun komandası rəqib qapısına yol tapa bilməyib. Nəticədə Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" Avroliqanın "pley-off" mərhələsinə vəsiqə əldə edib.

 

Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu

 

 

5 avqust

 

21:30. “Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya) 0:0

İlk oyun: 0:1

Hakimlər: Martin Stromberqsson, Daniel Qustavsson, Stefan Hallberq
Dördüncü hakim: Yohan Hamlin
UEFA nümayəndəsi: Peter Lundstrom (Finlandiya)
Hakim-inspektor: Alan Hamer (Lüksemburq)

 

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Alharbi Əl Jadeyaoui, İlqar Qurbanov, Raydell Puponu

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Vüqar Mustafayev, Elvin Məmmədov,Cavid Tağıyev, Coşqun Diniyev, Əfran İsmayılov

"Seltik": Qordon, İsaqirre, van Deyk, Boyata, Lustiq, Biton, Skott Braun (k),Armstronq, Makkay Stiven, Yohansan, Nadir Çiftçi

Ehtiyat oyunçular: Baillu, Ambrose, Yanko, Kommons, Rogic, Forrest, Qriffiths


Digər xəbərlər

Xəbər xətti