Premyer Liqanın 1-ci turu çərçivəsində doğma meydanda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlaraını davam etdirir.
Sportarena.az xəbər verir ki, "ağ-yaşıllar" ötən gün saat 19:00-da ehtiyat meydançada məşqə çıxıb. Toplu çalışmalardan ibarət olan və saatyarım davam edən hazırlıq prossesinə bütün futbolçular qatılıblar.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 9-da "Xəzər Lənkəran" mərkəzi stadionunda baş tutacaq.