Zaqatalada təlim-məşq toplanışında olan “Rəvan”ın əsas komandası paytaxta dönüb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalətdə hazırlıqlarını tamamlayan “aslanlar” bir günlük istirahətə buraxılıblar. Emin Quliyevin rəhbərlik etdiyi kollektiv sabahdan məşqləri davam etdirəcək.
Qeyd edək ki, “Rəvan” bir həftəlik Zaqatala toplanışı vaxtı 2 yoxlama oyunu keçirib. Komanda Qəbələdə şəhərin eyni adlı təmsilçisinin əvəzedicilərinə 3:6, Tiflisdə Gürcüstanın “Sioni” klubuna isə 1:2 hesabı ilə uduzub. Bunadək isə Bakıda "İnter”lə qarşılaşan “sarı-qırmızılılar” rəqibini 2:1 hesabı ilə üstələmişdi.