Premyer Liqanın 2015/2016 mövsümünün ilk turunun oyun cədvəlində dəyişiklik edilib.
Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqası klublarımızın avrokuboklardakı çıxışını, oyunların keçiriləcəyi stadionların tam hazır vəziyyətə gətirilməsini, matçların canlı yayımlanacağını nəzərə alaraq 3 görüşün vaxtının dəyişdirilməsini vacib bilib.
Belə ki, “Neftçi” – “Kəpəz” oyunu 8 avqust tarixindən 9 avqust tarixinə keçirilib. “Rəvan” və “Sumqayıt” komandaları arasındakı oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8 avqustda deyil, 10 avqustda reallaşacaq. “Qəbələ” – “Qarabağ” matçı isə 9 avqustda deyil, 10 avqustda baş tutacaq.