"Rəvan" sabiq legionerlərini qaytardı

17:52 5 Avqust 2015

Mindauqas Kalonasla müqavilə imzalayan "Rəvan" daha 2 legionerlə güclənib. Sportarena.az xəbər verir ki, "aslanlar" sabiq futbolçuları Şeriff Suma və Samuel Barlayı heyətinə qatıb. Bu gün Bakıya gələn syerra leoneli futbolçularla artıq bütün detallarda razılıq əldə edilib. İndi yalnız qaradərili əcnəbilərin rəsmi müqaviləyə imza atmaları qalıb ki, bu da yaxın vaxtda gerçəkləşəcək. Məlumatı klubdan da təsdiqləyiblər.

 

Qeyd edək ki, Şeriff Suma 2011-2012-ci illərdə, Samuel Barlay isə 2011-2013-cü illərdə "Rəvan"ın şərəfini qoruyub. Barlay həmçinin ölkəmizdə "Muğan" (2010-cu il) və AZAL-ın (2013-14-cü il) da formasını geyinib. 


Digər xəbərlər

Xəbər xətti