Zaur Svanadze: "Az da olsa, ümid var"

21:25 5 Avqust 2015

“İspan qonaqlar xoş gәlib. Komandamız oyuna hazırdı. Heyәtdә zәdәli futbolçu yoxdu. Çalışacağlq ki, “Atletik”ә layiqli müqavimәt göstәrәk”. Sportarena.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

UEFA Avropa Liqası III təsnifat mərhələsi cavab qarşılaşmasında Bakıda İspaniyanın “Atletik” klubunu qəbul edəcək “bankirlər”in baş məşqçisi oyunöncəsi mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

“Çox güclü komandaya qarşı oynayacağıq. Az da olsa, mәrhәlәni keçmәyә ümid var”.


Gürcü mütəxəssis fürsətdən istofadə edib azarkeşlərdən dəstək istəyib: "Bizim dә öz azarkeşlәrimiz var. Onlardan dәstәk gözlәyirik".


Çalışdırıcı maaşların bu gün verildiyini bildirib: "Hәr şey qaydasındadı. Pul almışıq".


Svanadze "İlk "11-liy"i aydınlaşdırısınızmı?" sualına belә cavab verib: "Bәli, heyәt artıq bәllidi".


O, süni meydan amilinin "İnter"ә müәyyәn qәdәr kömәk edә bilәcәyini deyib: "Süni meydan amili müәyyәn qәdәr bizә yaxşı tәsir edә bilәr. Yәni "Atletik"in bu meydançada sәhvlәr etmәsi mümkündür (apasport).


Digər xəbərlər

Xəbər xətti