Tahir Gözəl: "Onlara verilən pula görə təəssüflənmirəm"

00:39 6 Avqust 2015

“Qarşımızdakı rəqib “Barselona”nı məğlub etmiş bir klub idi. “Qarabağ” doğrudan da Azərbaycanın ən yaxşı komandasıdır. Rəqibimizin güclü olmasına baxmayaraq biz gözəl oyun sərgilədik. Hamımıza keçmiş olsun deyirəm”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “Seltik”lə oyundan sonra deyib. Klub rəsmisi yeni transferlərin tənqid olunmasını düzgün hesab etmədiyini bildirib:

 

“Onların oyunundan da razı qaldım. Bu futbolçulara verilən pula görə təəssüflənmirəm. Onlar oyundan-oyuna komandaya uyğunlaşacaq. Tədircən daha güclü bir “Qarabağ” görəcəksiniz. Bu gün komandamdan çox razı qaldım”.


Digər xəbərlər

Xəbər xətti