"Qəbələ" "pley-off"da! - YENİLƏNİB

22:51 6 Avqust 2015

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. Sportarena.az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" də bu gün cavab matçına çıxıb. Roman Qriqorçukun komandası "Bakcell Arena"da "Apollon"u qəbul edib.

 

Bu komandalar arasında Kiprdə keçirilən görüş 1:1 hesabı ilə başa çatmışdı. Bu mənada qolsuz bərabərlik və ya qələbə təmsilçimizi "pley-off"a yüksəldəcəkdi. 1:0 hesabı ilə qalib gələn komandamız adını növbəti mərhələyə yazdırıb.

 

Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları

6 avqust

21:00. "Qəbələ" (Azərbaycan) - "Apollon" (Kipr) 1:0
Qol: Cavid Hüseynov, 80 (pen.)

Qırmızı vərəqə: Ürfan Abbasov, 90

İlk oyun-1:1

Hakimlər: Duarte Nunu Pereyra Qomes, Luiş Andre Ferreyra Pintu Kampuş, Venansio Manuel Raposo Batista Tome (Portuqaliya)
Bakı. 8-ci kilomtr qəsəbə stadionu

 

“Qəbələ”: Dmitri Bezotosnı, Stankoviç, Ürfan Abbasov, Rafael Santos, Arif Daşdəmirov, Rəşad Sadiqov, Cavid Hüseynov (k), Aleksey Qay,Sergey Zenyov, Dodo, Aleksey Antonov

Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Vitali Vernidub, Ermin Zets, Elvin Camalov, Asif Məmmədov, Samir Zərgərov

 

"Apollon": Bruno Vale, Elizio, Nuno Lopes, Freyra, Simoes Jeyme, Esteban Saçetti, Qullon, Aleks, Joao Pedro, Fotis Papoulis (k), Kolokoudias

Ehtiyat oyunçular: Hidi, Angeli, Stulianou, Farley, Veeler, Thuram, Abraham


Digər xəbərlər

Xəbər xətti