Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulub. Sportarena.az xəbər verir ki, "Qəbələ" ilə yanaşı, "İnter" də cavab oyununa çıxıb.
"Bankirlər" səfərdə 0:2 hesabı ilə uduzduğu "Atletik"i "İnter Arena"da sınağa çəkib. Bu oyun paytaxt klubu üçün bir növ prestij xarakteri daşıyır. Amma istənilən halda Zaur Svanadzenin komandası meydana "pley-off"a vəsiqə qazanmaq üçün çıxmışdı. Görüşdə qapılara qol vurulmadığından, komandamız Avroliqada mübarizəni dayandırıb.
Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
6 avqust
21:00. "İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya) 0:0
İlk oyun-0:2
Hakimlər: Sərdar Gözübüyük, Bas van Dongen, Patrik Lanqkamp (Hollandiya)
Bakı. "İnter Arena"
“İnter”: Səlahət Ağayev (k), Laşa Kasradze, Zurab Xizanişvili, Denis Silva, Nizami Hacıyev, İlkin Qırtımov, Nika Kvekveskiri, Fuad Bayramov, Rauf Əliyev, Mirhüseyn Seyidov, Diaqo Martins
Ehtiyat oyunçular: Giorgi Lomaya, Xuanfran, Mirsayib Abbasov, Mansur Nahavandi, Fomenko , Abdullayev, Polyak
"Atletik": Laqo Herrerin, Xavier Etxeyta, Laporte, Mikel Belenziaqa, San Xose, Xavier Eraso, Benat Ekçeberiya, Oskar de Markos, Markel Susaeta (k), Aketxe, Aritz Aduriz
Ehtiyat oyunçular: Qorka İraizoz, Eneko Boveda, Karlos Gurpegui (k), Elustondo, İbai Gomez, Viquer, Merino