"Qarabağ" üçün "Fənərbaxça", "Ayaks" və digərləri

13:14 6 Avqust 2015

Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ" Avroliqanın "pley-off" mərhələsinə vəsiqə qazanıb. Sportarena.az xəbər verir ki, Ağdam klubunun bu mərhələdə 9 potensial rəqibi müəyyənləşib. 

 

Püşk zamanı səpələnməmişlər səbətində yer alacaq "Qarabağ" "Ayaks" (Hollandiya), "Zalsburq" (Avstriya), "Viktoriya" (Çexiya), "Styaua" (Rumıniya), "Yanq Boyz" (İsveçrə), "Sparta" (Çexiya), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Lex" (Poznan) kimi klublardan biri ilə qarşılaşa bilər. Digər 13 potensial rəqibin adına isə bugünkü oyunlardan sonra aydınlıq gələcək

 

Bu komandalar Azərbaycanın Avropa Liqasındakı digər iki təmsilçisi "İnter" və "Qəbələ"yə də rəqib ola bilər. Bunun üçün "İnter" bu gün "Atletik"i, "Qəbələ" isə "Apollon"u mübarizədən kənarlaşdırmalıdır.

 

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü sabah atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti