UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün Bakıda keçiriləcək “Qəbələ” – “Apollon” oyununa əlavə olaraq daha bir nümayəndəsini təyin edib.
Sportarena.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən “Apollon” – “Qəbələ” matçı zamanı yerli azarkeşlərin aqressiv davranışı ilə əlaqədar yaranmış gərginliyi nəzərə alaraq bu addımı atıb.
“Qəbələ” – “Apollon” qarşılaşmasının ikinci UEFA nümayəndəsi Gürcüstanı təmsil edən Giorgi Pirtsxalava olacaq.