Ötən mövsüm "Elazığspor"a icarəyə verilən Cavid İmamverdiyev yenidən "Neftçi"yə qayıdıb. Sportarena.az xəbər verir ki, türk klubu ilə problemini həll edən yarımmüdafiəçi yeni mövsümdən müqavilə ilə məxsus olduğu "ağ-qaralar"ın şərəfini qoruyacaq.
Artıq İmamverdiyevin adı "Neftçi"nin Peşəkar Futbol Liqasına təqdim olunan iştirak ərizəsinə salınıb.